İran Premyer Liqasının 19-cu turu çərçivəsində Təbrizin “Traktor” klubu ilə Tehranın “Həvadar” komandasının qarşılaşması zamanı güneyli idman müxbirinin türkcə danışmasına icazə verilməyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Güney azərbaycanlı aparıcısı və şərhçi Məhəmməd Rəcəbi zəlzələ ilə bağlı yaranmış acınacaqlı şəraitə görə bir neçə kəlmə türkcə danışmaq istəsə də, buna icazə verilmədiyini deyib.
“İndi fasilədən istifadə edib sizinlə türkcə danışıram. Qəhrəman milətimizə demək istəyirəm ki, əl-ələ verib zəlzələdə dağılan evlərimizi yenidən tikəcəyik”, – deyə Rəcəbi bildirib.
