“İranda hər gün min abort həyata keçirilir” – SEPAH-a bağlı MEDİAbackend

"İranda hər gün min abort həyata keçirilir" - SEPAH-a bağlı MEDİA

“İranda hər gün min abort həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, bunu İranda SEPAH-a yaxınlığı ilə tanınan “Təsnim” xəbər agentliyi bildirib. Agentlik Səhiyyə Nazirliyinin statistikasına əsasən İranda gündə min abort edildiyi barədə məlumat yayıb.

Sözügedən agentlik İran Səhiyyə Nazirliyinin bu statistikasını “şokedici” adlandırıb və abortları onların valideynləri tərəfindən “şiə uşaqlarının qətli” kimi qiymətləndirib.

Xatırladaq ki, İranın “Ailə və gənclərin müdafiəsi haqqında” qanununun 61-ci maddəsinə əsasən, əgər abort geniş miqyasda aparılarsa, bu, edam cəzası ilə nəticələnə bilər.

İranın ali lideri Əli Xamenei 2019-cu ilin fevralında etdiyi çıxışında vaxtında evlənmək və uşaq dünyaya gətirməyi “ölkənin bu günü və sabahının həyati ehtiyacları” olduğunu vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*