İranda son sutka ərzində daha 12 950 nəfərdə koronavirus aşkarlanıb, 389 nəfər vəfat edib.
KONKRET.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 948,749-a, virus qurbanlarının sayı isə 47,874-ə yüksəlib.
Bundan əlavə, indiyədək 658 292 nəfər sağalıb. Ölkədə 242 583 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 5,859-nun vəziyyəti ağır qiymətləndirilir.