Tehranın azad bazarında 1 ABŞ dollarının qiyməti 210 000 tümən rekordunu qırıb.
KONKRET.az xəbər verir ki, bu haqda Tehranın azad bazarındakı mənbələr məlumat yayıb.
Məlumata görə, bazar ertəsi günortadan sonra dollar 210 600 tümənə çatıb və avro da yeni rekordla 244 000 tüməni keçib.
Azərbaycan manatının da dəyəri kəskin artaraq 124 min tüməndən bahaya satılıb.
Beləliklə, Tehranın azad bazarında dolların qiyməti ABŞ-ın iqtisadi müharibə elan etməsindən keçən bir həftə ərzində təxminən 20 000 tümən artıb.
