İsrail İranın hərbi və dövlət obyektlərinə HÜCUM ETDİ – YENİLƏNİB / VİDEObackend

İsrail İranın hərbi və dövlət obyektlərinə HÜCUM ETDİ - YENİLƏNİB / VİDEO

İranda strateji obyektlərdə silsilə güclü partlayışlar baş verib.

KONKRET.az xəbər verir ki, hərbi anbarlara, sursat istehsalı mərkəzinə və aviabazaya hücumlar edildiyi bildirilir.

İRNA xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Şəhid-Səlimi şəhərində böyük mühərrik yağı zavodunda yanğın qeydə alınıb.

Eyni zamanda Tasnim agentliyi xəbər verir ki, İsfahan əyalətinin mərkəzi hissəsində yerləşən hərbi anbar və sursat istehsalı mərkəzi də pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

İranın qərbindəki Dezful şəhərindəki aviabazada, Həmədan (İranın qərbi) və Rəşt (ölkənin şimalı) şəhərlərində partlayış və yanğınların baş verdiyi bildirilir. İranın paytaxtı Tehranda partlayış səsləri eşidilir. Şahidlər qeyd edir ki, təyyarələr şəhərin üzərində səmaya qaldırılıb.

Hazırda zərərçəkənlər barədə İran hakimiyyət orqanlarından rəsmi məlumat yoxdur.

İranda internetin tamamilə söndürüldüyü də qeyd olunur.

Yaxın Şərq mənbələri İsrailin İrana qarşı hərbi əməliyyata başladığını bildirir. Lakin nə İsrail hökuməti, nə də hərbçilər rəsmi olaraq belə bir açıqlama verməyiblər.

04:43

İranın İsfahan şəhərində bir neçə güclü partlayış olub.

KONKRET.az xəbər verir ki, bu barədə İran dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, partlayış Müdafiə Nazirliyinin sursat istehsalı zavodunda baş verib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*