İranda narkotik ƏMƏLİYYATI – 17 qaçaqmalçı SAXLANILDIbackend

İranda narkotik ƏMƏLİYYATI - 17 qaçaqmalçı SAXLANILDI

İran sərhədçiləri Sistan və Bəlucistan əyalətində böyük miqdarda narkotik maddə partiyasını müsadirə ediblər və 17 qaçaqmalçı ələ keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə İran sərhəd xidmətinin komandiri general Əhməd Əli Qudərzi məlumat verib.

“Sərhədçilər Çabahar liman şəhərinin dəniz mühafizəçiləri ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki böyük dəstənin fəaliyyətinə nəzarət ediblər və nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı planlar aşkarlanıb”, – Qudarzi deyib.

Onun sözlərinə görə, əməliyyat zamanı altı ton müxtəlif növ narkotik vasitələrin (həşiş, heroin və tiryək) partiyası götürülüb.

Bundan başqa, əməliyyat zamanı 21 odlu silah, 2100 patron və 42 silah darağı müsadirə edilib. Ümumilikdə 17 qaçaqmalçı saxlanılıb.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*