İranda zavod yaxınlığında atışma: Ölənlər və yaralananlar varbackend

İranda zavod yaxınlığında atışma: Ölənlər və yaralananlar var

İraqın Ərbil şəhərinin şimalında yerləşən “Lanaz” neft emalı zavodu yaxınlığında etiraz aksiyası keçirilib.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçıları zavodda iş yerlərinin yaradılmasını tələb ediblər.

Obyekti mühafizə edən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri etirazçılara atəş açıblar.

Nəticədə bir etirazçı və neft məhsulları daşıyan yük maşınının sürücüsü həyatını itirib, üç nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*