İranın Fars əyalətində 4,8 bal gücündə zəlzələ baş verib.
KONKRET.az-ın məlumatına görə, yeraltı təkanlar Fars əyalətinin Furəg bölgəsində qeydə alınıb.
Zəlzələnin dərinliyi 16 km olub. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib./apa
