“İrandakı səfirliklərə hücumlar rejim istəmədikcə baş vermir” – Amerikalı siyasətçidən İLGİNC REAKSİYAbackend

“İrandakı səfirliklərə hücumlar rejim istəmədikcə baş vermir” – Amerikalı siyasətçidən İLGİNC REAKSİYA

İrandakı səfirliyimizə edilən hücuma dünya dövlətləri və beynəlxalq siyasətçilər tərəfindən də reaksiya gəlib.

KONKRET.az xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik komitəsinin keçmiş üzvü, Hudson İnstitutunun böyük elmi işçisi Mayk Doran törədilən terror aktına özünəməxsus şəkildə münasibət sərgiləyib.

O deyib: “Əsas qayda: İrandakı səfirliklərə hücumlar rejim istəmədikcə baş vermir”.

Amerikalı siyasətçinin bu fikiri Tehrandakı səfirliyimizə hücumun arxasında İran dövlətinin dayandığını bir daha təsdiqləyir.

Qeyd edək ki, Doran bu barədə özünün Twitter hesabında paylaşım edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*