İrandakı təyyarə qəzasında ölənlərlə bağlı daha bir FAKTbackend

İrandakı təyyarə qəzasında ölənlərlə bağlı daha bir FAKT

İranın paytaxtında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing-737” təyyarəsində ölənlərin kimliyini müəyyənləşdirmək mümkün olmayacaq. Buna səbəb təyyarənin göyərtəsində baş verən yanğındır.

KONKRET.AZ xəbər verir ki, REN TV-nin məlumatına görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əməliyyatlar direktoru Mənsurə Baqeri bəyan edib.

“Qəzadan əvvəl göyərtədə böyük yanğın olub”, – deyə Baqeri vurğulayıb.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədə 167 sərnişin və doqquz heyət üzvü olub.

Qurbanlar arasında İran, Kanada, Almaniya, İsveç, Əfqanıstan və Ukraynadan vətəndaşlar olub.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*