Bu il İran və Ermənistan arasında ticarət əlaqələrində yeni və açıq-aşkar rekord əldə edilib, hansı ki, öncəki illərin rəqəmlərindən çox fərqlənir.
KONKRET.az xəbər verir ki, İran-Ermənistan Birgə Ticarət Palatasının rəisi Ermənistanda iranlıların vaksin vurdurmasının son vəziyyəti ilə bağlı bunları deyib: “İran vətəndaşlarına Ermənistanda vaksin vurulması davam edir, ancaq Ermənistan hökuməti vaksin vurulması üçün bu ölkədə 10 günlük qalmaq şərti qoyub. Çünki Ermənistana səfərlərin sayı həddindən çox olduğundan belə bir şərti qoyub ki, səfərlərin həcmi bir qədər azalsın”.
Hervik Yarıcanyan qeyd edib: “Hər halda, Ermənistan 3 milyon əhalisi olan bir ölkədir və infrastrukturu (zirsaxt) da üç milyonluq bir ölkə üçün nəzərdə tutulub”. Onun sözlərinə görə, bu qədər çox sayda səyahətçinin Ermənistana üz tutması belə çox axının tələbatının təmin edilə bilməməsi ilə nəticələnib, ikinci tərəfdən, buna qadağa qoymaq istəmirdilər. Ancaq səyahətçilər bu şərtlərlə də hələ də vaksin vurdurmaq üçün Ermənistana gedirlər”. Qeyd edək ki, yarıtmaz vaksinasyai siyasəti və ölkəyə xarici vaksinlərin gətirilməsini qadağan edən İran hökuməti artıq koronavirusun 5-ci dalğası ilə üzləşib. Belə ki, ölkədə koronadan hər gün ölənlərin sayı 700 və yoluxanları sayı 40 min nəfərə yaxınlaşıb. Bunu görən İran rəsmiləri öz vətəndaşlarının işğalçı Ermənistana üz tutub orada vaksin vurdurmasına göz yumur. Virusa yoluxmaqdan və ölməkdən təşvişə düşən İran vətəndaşları isə bu isti yay günlərində Ermənistan sərhədində günlərlə qalmağa və acınacaqlı və rəzil durumda İrəvan küçələrində gecələməyə məcbur olurlar.
Mənbə:”Azad İran”
