İrandan qadağabackend

İrandan qadağa

Livanda peycer partlayışlarından sonra İran “Motorola” telefonlarının idxalına və satışına qadağa qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunub ki, telefonları qeydiyyatdan keçirmək mümkün deyil.

Məlumata görə, İranın sənaye nazirinin keçmiş müavini Məhəmməd Mehdi Bəradəran vəzifəsindən getməzdən bir müddət öncə ölkədə “Motorola” markalı telefonların satışının dayandırılacağını açıqlayıb.

Qeyd olunub ki, Livanda Hizbullah qüvvələrinə məxsus peycerlərin kütləvi şəkildə partlamasından sonra İran parlamentinin nümayəndələri də şirkətin məhsullarına qadağa qoyulmasını tələb ediblər.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*