İrandan vacib Suriya açıqlaması: “Biz ilk növbədə…”backend

İrandan vacib Suriya açıqlaması: "Biz ilk növbədə..."

“İran ilk növbədə Suriyada inklüziv hökumətin yaradılmasında maraqlıdır və Dəməşqin yeni hakimiyyət orqanları ilə əlaqələr qurmağa tələsmir”.

KONKRET.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçı deyib.

“İran ilk növbədə Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının, xarici işğalçıların, xüsusilə sionist rejimin çıxarılmasının tərəfdarıdır. Biz də Suriyada xalqın mənafeyinə uyğun bir hökumətin qurulmasında maraqlıyıq. Tehran Suriyanın yeni hakimiyyət orqanları ilə mütləq əlaqələr quracaq, lakin hələlik bunlar müzakirə olunur”, – Araqçı vurğulayıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*