İranın Ermənistandakı keçmiş səfiri: “Türkiyə odla oynadığını bilməlidir” – FOTO/VİDEObackend

İranın Ermənistandakı keçmiş səfiri: "Türkiyə odla oynadığını bilməlidir" - FOTO/VİDEO

“Türkiyə odla oynadığını bilməlidir”.

KONKRET.az xəbər verir ki, bu sərsəmləməni iranlı diplomat, İranın Ermənistandakı keçmiş səfiri Seyid Kazım Səccadi özünün Tvitter səhifəsində yazıb. O bildirib ki, 44 günlük müharibə zamanı Türkiyə suriyalı “terrorçuları” Qarabağa yerləşdirib. Səccadi əlavə edib ki, Türkiyə İran sərhədlərində yeni eyni şeyi etməyə çalışır.

“Terrorçuların Türkiyə tərəfindən Suriyadan Azərbaycana keçirilməsi və onların İran sərhədlərində olması qəbuledilməzdir.

Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra Türkiyə indi İran sərhədləri yaxınlığında zərərli fəaliyyətlər planlaşdırır. Türkiyə bilməlidir ki, odla oynayır”, – deyə “diplomat” yazıb.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*