İranın hücumlarının gizli nəticəsi üzə çıxdı: Görün nə qədər ABŞ hərbçisi zərər çəkib…backend

İranın hücumlarının gizli nəticəsi üzə çıxdı: Görün nə qədər ABŞ hərbçisi zərər çəkib...

İranın iyul ayında Yaxın Şərqdə yerləşən ABŞ bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “CBS News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumat sonradan Pentaqon tərəfindən də təsdiqlənib.

Bildirilib ki, iyulun 7-dən etibarən İranın hücumları nəticəsində təxminən 100 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Onların böyük əksəriyyəti artıq xidmətə qayıdıb.

ABŞ ordusunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, yaralananların 96 faizi yenidən hərbi xidmətini davam etdirir.

Onun sözlərinə görə, xəsarət alanların əksəriyyətində yüngül beyin silkələnməsi qeydə alınıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*