İranın xaricdəki azərbaycanlı casus şəbəkəsi “İŞ BAŞINDA” – “Ağa deyir sür dərəyə” – ƏTRAFLIbackend

İranın xaricdəki azərbaycanlı casus şəbəkəsi "İŞ BAŞINDA" - "Ağa deyir sür dərəyə" - ƏTRAFLI

Bir neçə gündür ki, Bakı əməlli-başlı dərd içində boğulur. Azərbaycan xalqı fars-molla rejiminin Tehrandakı səfirliyimizdə törətdiyi terror aktı nəticəsində həlak olan şəhidini dəfn edir. İki gənc qəhrəmanımız isə yaralı halda şəhidlik zirvəsinə yüksələn dostlarına görə göz yaşı tökür. Bütün bu hadisələr bizi xalq olaraq nə qədər yandırsa da, bir o qədər qürurluyuq. Ona görə ki, düşmən gülləsindən qaçmayan və sinəsini sipər edən qəhrəman oğullarımızın əks-sədası bütün dünyaya səs salıb. Üstəlik, biz ermənilər qədər təhlükəli olan ikinci düşmənimizin iç üzünü tam çılpaqlığı ilə görməyə nail olmuşuq. Hərçənd farsların hər zaman ermənilərlə qardaş olduğu və bizə düşmən münasibət sərgilədiyi tarixi faktlarla öz təsdiqini tapıb.

Amma bizim xalq olaraq dərdimiz təkcə farsın, erməninin düşmənçiliyi ilə bitmir. Açıq düşmənlə mübarizə aparmağa nə var ki? Güllənin hansı tərəfdən atıldığını biləndə sinəni qabağa vermək asan olur. Təəssüflər olsun ki, Azərbaycan xalqı təkcə açıq düşmənlə mübarizə aparmır. İlanın ən zəhərliləri daş altında yatır və elə məqamda başlarını çıxarıb sancırlar ki, insan yerindəcə donub qalır. Sapı özümüzdən olan düşmənlərin “zərbəsi” isə daha çox incidir. Xaricdə oturub erməni dəyirmanına su tökən, Azərbaycana qarşı hər cür qarayaxma kampaniyalarında yer alan Tural Sadıqlı, Orduxan Temirxan, Məhəmməd Mirzəli və digər bu kimi antimilli ünsürlərin hər zaman ölkəmizə qarşı düşmən mövqe sərgilədiyini müşahidə etmişik. Açığı, onların bu mövqeyinə heç təəccüblənmək də lazım deyil. Adları üstündədir: “Vətən xainləri”. Onların Azərbaycanın düşmənlərindən aldıqları 5-10 qəpiyə görə öz Vətənlərini satmaqları bu insanların damarında başqa qan axdığına dair şübhələr yaradır. “Azad söz” kanalını idarə edən Tural Sadıqlının səfirliyimizdə həyata keçirilən terror aktının mahiyyətini başqa istiqamətə yönəltmək cəhdləri onun erməni və fars xislətli olmasının bariz sübutudur. Belə çıxır ki, Tural Sadıqlı və onun kimilər təkcə erməninin deyil, həm də farsın “maşa”sı olmağı özləri üçün peşə seçiblər.

Elə ona görədir ki, öz “ağa”larından sifariş alan Tural Sadıqlı terror aktından dərhal sonra canlı yayım açaraq terrorun mahiyyətini əvvəlcədən hazırlanan ssenari üzrə başqa istiqamətə yönəltməyə cəhd göstərir. Guya məişət zəminində baş verən hadisə kimi cəmiyyətə sırımağa çalışır. Amma Sadıqlı həmişə olduğu kimi bu dəfə də özünü ifşa edir. Birincisi, ona görə ki, ortada video sübutlar və faktlar mövcuddur.

Terrorçunun səfirliyimizin binasına daxil olmaq cəhdlərinə qapıda dayanan İran polisinin müdaxilə etməməsi bu hadisəsinin terror aktı olmasını tam sübuta yetirir. İkincisi, damarında Azərbaycan qanı axan bir kəs bu hadisəyə kədərlənməli və fars-molla rejimini lənətləməli olduğu halda, Tural Sadıqlı öz dövlətinin deyil, düşmənin mövqeyindən çıxış edir. Bu, “Azad söz” kanalının və onun rəhbərinin İrandan maliyyələşdiyini açıq-aşkar üzə çıxarır. Üçüncüsü, Tural Sadıqlının çıxışına diqqət yetirdikdə onun öncədən hazırlanan və yazılan ssenarini üzündən oxuduğunu görmək mümkündür.

Bu məqamdə insanı istər-istəməz bir sual da düşündürür. Görəsən, hadisə baş verəndən bir neçə saat sonra fars-molla rejiminin açıqladığı versiyanı niyə məhz Tural Sadıqlı dilə gətirir. Niyə Azərbaycanın “terror” versiyası deyil, İranın “məişət” məsələsi Sadıqlı tərəfindən ortaya atılır? Bütün bu sualların bir cavabı var: Tural Sadıqlı vətən xainidir” və onun yeri Avropa ölkələri yox, dəmir barmaqlıqların arasıdır. Ancaq sayğıdəyər Azərbaycan xalqı ümummilli məsələlərdə həmrəy olmaqla hər zaman bu cür anti-milli ünsürlərə öz yerini göstərə bilib. Sadəcə, “milçək özü bir şey olmasa da, ürək bulandırır”.

Belə yerdə 1935-1966-cı illərdə Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Anastas Mikoyanın məşhur çıxışlarından birini xatırlamamaq olmur. O, öz doğma atasını satan bir pioneri görün necə də göylərə qaldırırdı: “Şeqlov Kolya. Doğum tarixi 1923-cü ildir. Bu ilin 8 avqustunda Poryabuşki kəndindəki poçt vasitəsilə rəsmi şəkildə Xalq Daxili İşlər Komissarlığının rayon şöbəsinə müraciət edərək deyirdi ki, doğma atası Şeqlov İvan Nikolayeviç işlədiyi sovxozda tikinti materiallarını satmaqla məşğuldur. Onun atası artıq həbs olunub və həyətində xeyli sayda tikinti materialları aşkar edilərək götürülüb. Pioner Kolya Şeqlov bilir ki, xalq üçün sovet hakimiyyəti nədir və görür ki, doğma atası sovet əmlakını dağıdır, oğrudur, ondan imtina edir. Və o deyir ki, Komissarlıq xalq düşmənlərini atam kimi məhv edəcək. Yoldaşlar, görün, necə insanlar var dövlətimiz üçün. Bax belə pionerlər var aramızda. Budur bizim güc və qüdrətimiz”.

İndi İran mollaları öz vətənini, atasını satan belə “pioner” lərdən məharətlə istifadə edir. Bizə isə satqın pionerlərə ancaq ucuz ölüm arzulamaq qalır.

KONKRET.az-ın ANALİTİK QRUPU

  • Məzahir
    Yanvar 30, 2023 - 18:21

    İnsan qəribə məxluqdur. Molla dünyanı tutub əqidəsini satır, söyülür!
    Pioner əqidəsini tutub atasını satır söyülür. Əqidəsi olmayan da söyülür,dədəsi olmayan da.
    Dünyada yaşamaq həqiqətən çətindir😓

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*