İranın yeni XİN rəhbəri bəlli oldubackend

İranın yeni XİN rəhbəri bəlli oldu

İran parlamenti ölkənin yeni xarici işlər naziri vəzifəsinə irəli sürülən namizədi təsdiqləyib.

KONKRET.az IRNA-ya istinadla xəbər verir ki, İbrahim Rəisi administrasiyasında XİN rəhbəri Hüseyn Əmir Abdullahian olacaq.

Hələ təsdiqlənməzdən əvvəl o bildirib ki, nazir olduğu dövrdə əsas diqqəti qonşu ölkələrlə əlaqələrə və dünya gücləri ilə imzalanmış 2015-ci ilin nüvə sazişinə yönəldəcək.

Hüseyn Əmir Abdullhian peşəkar diplomatdır, o, XİN-də mətbuat katibi vəzifəsindən xarici işlər naziri vəzifəsinədək yüksəlib.

Xatırladaq ki, İslam Respublikasının Konstitusiyasına əsasən, adsministrasiyanın bütün 19 üzvü parlamentdə təsdiqlənməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*