“İranın Sünikdə (Zəngəzur) baş konsulluğunun açılış vaxtı çox yaxında açıqlanacaq”.
KONKRET.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri deyib.
O bildirib ki, baş konsulluğun açılması üçün müəyyən inzibati proseslər tələb olunur. Onun sözlərinə görə, bu proseslər gedir.
“Həm Ermənistan, həm də İran tərəfi prosesi başa çatdırmalıdır”, – deyə səfir vurğulayıb.
Qeyd edək ki, İran Zəngəzurun Qafan şəhərində konsulluq açmağı planlaşdırır.
Xuraman Etibarlı,
KONKRET.az
