İranla bağlı məsələləri belə həll edə bilərik – Hikmət Hacıyevbackend

İranla bağlı məsələləri belə həll edə bilərik – Hikmət Hacıyev

Azərbaycan İranla bağlı məsələlərin diplomatik yollarla həll edilə biləcəyini düşünür.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “NewsMax”a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan həllini gözləyən məsələlərin danışıqlar yolu ilə nizamlanmasını dəstəkləyir və gərginliyin azaldılmasına yönələn təşəbbüslərə töhfə verməyə hazırdır.

Hikmət Hacıyev ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun gələcəkdə regionda sülh üçün müəyyən çərçivə formalaşdıra biləcəyini vurğulayıb.

“Regionumuz üçün proqnozlaşdırıla bilən vəziyyət əsas məsələdir”, – deyə o bildirib.

Prezidentin köməkçisi Azərbaycanın İranın daxili işlərinə qarışmamaq siyasətini davam etdirdiyini də diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*