İranlı jurnalist: “Xamenei artıq ölüb, yoxsa komadadır?” – FOTObackend

İranlı jurnalist: "Xamenei artıq ölüb, yoxsa komadadır?” - FOTO

“İranın ali dini lideri Əli Xameneinin səhhəti kəskin pisləşib”.

KONKRET.az xəbər verir ki, bu barədə müstəqil iranlı jurnalist Əli Cavanmərdi öz Twitter səhifəsində yazıb. O, İranın ali dini lideri Əli Xameneinin səhhətinin ciddi şəkildə pisləşdiyini bildirib.

“Tibbi mənbələrə görə, Xamenei “Rəcai” xəstəxanasında açıq ürək əməliyyatı keçirdikdən sonra komaya düşüb.

Əməliyyat zamanı kardiologiya və diplomatik şöbələrin bütün şəxsi heyəti xəstəxana binasından çıxarılıb. Tibb işçilərinin xəstəxana binasına daxil olmasına icazə verilmədiyi bildirilir.

Maraqlıdır, Xamenei artıq ölüb, yoxsa ölümə yaxın vəziyyətdədir?”, – deyə Cavanmərdi yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*