İranlı sürücülər: “Azərbaycanın pul istəməsi düzgün deyil, çünki biz erməniyə torpaq parası vermişik” – VİDEObackend

İranlı sürücülər: “Azərbaycanın pul istəməsi düzgün deyil, çünki biz erməniyə torpaq parası vermişik” - VİDEO

Gorus-Qafan yolunda Azərbaycan polisinin post qurması və Dövlət Gömrük Komitəsinin İrandan Azərbaycan əraziləri vasitəsilə Ermənistana daxil olan yük avtomobillərindən yol vergisi alması iranlı sürücülərin narazılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, “Azadlıq radiosu”nun Ermənistan bürosuna danışan iranlı sürücülər gömrükdə Ermənistan tərəfinə pul verdiklərini deyiblər:

“Ermənistana daxil olarkən Gömrükdə 185 min dram pul vermişik. Biz torpaq pulu vermişik. Azərbaycan torpaq pulu alsa olmaz. Biz bu məhsulu Azərbaycana deyil, Ermənistana gətirmişik. Azərbaycanın pul istəməsi düzgün deyil. Çünki biz erməniyə torpaq pulu vermişik” – deyə iranlı sürücü vurğulayıb. Digər sürücü də öz iş yoldaşının dediklərini təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən ölkə ərazisinə daxil olan və ya əksinə tərk edən xarici dövlətlərin avtomobilləri yol vergisinə cəlb edilir. Bu baxımdan Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsindən keçərək Ermənistana daxil olan İranın yük avtomobillərinin yoxlanılması və onlardan yol vergisinin tələb edilməsi tam qanunidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*