İranlı vəkil evinin önündə və ailəsinin gözü qarşısında öldürüldübackend

İranlı vəkil evinin önündə və ailəsinin gözü qarşısında öldürüldü

Vəkil Məhəmmədrza Cəfərağayi Semnan əyalətinin Şahrud şəhərindəki evinin önündə, xanımı və 5 yaşlı oğlunun gözü qarşısında odlu silahla qətlə yetirilib.

KONKRET.az “Vokalapress”ə istinadən xəbər verir ki, 33 yaşlı vəkil avqustun 8-i səhər saatlarında evinin önündə güllələndikdən sonra xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. “Şahrudnegar” ajansının xəbərinə əsasən, Cəfərağayi qumar və mərc oyunlarında ittiham olunan Milad Hatəmi adlı şəxsin cinayət işinə baxırmış.

İnterpol tərəfindən Türkiyədə tutularaq İrana təhvil verilən Instagram fenomeni Milad Hatəmiyə qarşı ittihamnamə yenicə açıqlanıb və ona qarşı “yer üzündə fəsad törətmək” ittihamı irəli sürülüb. Vəkil Fərnuş Himməti isə “Vokalapress”ə açıqlamasında bildirib ki, Cəfərağayi bir müddət imiş ki, bəzi şəxslər tərəfindən təhdid olunurmuş.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*