“İranlılar məndən qorxsunların, onların hamısını…” – Trampdan ŞOK XƏBƏRDARLIQbackend

"İranlılar məndən qorxsunların, onların hamısını..." - Trampdan ŞOK XƏBƏRDARLIQ

ABŞ prezidenti Donald Tramp İranın ondan çəkinməli olduğunu bildirib.

KONKRET. az xəbər verir ki, Respublikaçı siyasətçi bu barədə İsrailin kanal 13 telekanalına açıqlamasında danışıb.

“Düşünürəm ki, iranlılar qorxmalıdır, məncə, onlar məndən ehtiyat etməlidirlər”, — deyə Tramp bildirib.

Bundan əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında Yaxın Şərq xəritəsinin yer aldığı paylaşım edib.

Paylaşılan görüntüdə İran mərkəzdə göstərilir və İraq, BƏƏ, Oman, Pakistan və Əfqanıstan da daxil olmaqla qonşu ölkələr istiqamətindən qırmızı oxlar İrana yönəlir.

Ağ Evin rəhbəri daha əvvəl isə süni intellekt vasitəsilə hazırlanmış bir görüntü paylaşmışdı. Həmin şəkildə Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin futbolkasında hərbi gəmilərlə əhatələnmiş vəziyyətdə təsvir olunub. Paylaşımın üzərində “Bu, fırtına öncəsi sakitlik idi” sözləri yer alıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*