İraqın paytaxtı Bağdadda gərginlik davam edir. Bu dəfə etirazçılar Danimarka səfirliyini mühasirəyə alıblar.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiyada bir neçə yüz adam iştirak edir.
Məlumata görə, onlar diplomatik nümayəndəliyin binasını mühasirəyə alıblar.
Bildirilir ki, səfirlik əməkdaşları təxliyə edilib. Lakin nümayişçilər dağılışmaq fikrində deyillər. Belə ki, onlar yolları bağlayıblar. Artıq polislə toqquşmalar başlayıb.
Xatırladaq ki, bundan əvvəl iraqlı etirazçılar İsveçin Bağdaddakı səfirliyinə basqın edərək yandırıblar.
İqbal Rzayev,
KONKRET.az
