İrəvanda ictimai nəqliyyatın gediş haqqı bahalaşacaq.
KONKRET.az xəbər verir ki, bu barədə şəhərin vitse-meri Suren Qriqoryan mətbuat bildirib.
“Bəli, ictimai nəqliyyat bahalaşacaq, lakin qeyd edildiyi kimi deyil. İctimai nəqliyyatda gediş-gəlişin 260 dram olacağı yalandır. Deyə bilərik ki, həqiqətən də qiymət artacaq, amma o qədər də deyil”, – mer müavini bildirib.
O qeyd edib ki, 2013-cü illə müqayisədə ictimai nəqliyyat xeyli dəyişib, onlar nəqliyyatda gediş haqqının 150 dram olmasın deyə mübarizə aparıblar.Modern.az