İrəvanda Avronest toplantısının keçirildiyi binanın qarşısında etiraz aksiyası keçirilir.
KONKRET.az xəbər verir ki, “Avronest”in iclasının keçirildiyi “Amalir” SC-nin binası qarşısında Azərbaycan nümayəndə heyətinin orada iştirakına etiraz aksiyası təşkil olunub. İştirakçılar “Türksüz Ermənistan” şüarları səsləndiriblər.
Ermənilər iki azərbaycanlı deputatın İrəvana gəlməsindən narazıdırlar.
Aydındır ki, belə “qonşularla” sülh olmayacaq. Onlar Azərbaycan ərazisinə iddialarından əl çəkmirlər və belə görünür çəkməyəcəklər də. İndiyə qədər Azərbaycan hakimiyyəti özünü mümkün qədər sülhə hazır olduğunu göstərir, lakin ermənilər bunu istəmir.
Xuraman Etibarlı,
KONKRET.az
