İrəvanda azərbaycanlı deputat Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin sədri seçilib.
KONKRET.az xəbər verir ki, İrəvanda azərbaycanlı deputat Tahir Mirkişili yenidən Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin sədri seçilib.
Parlamentarilər Tahir Mirkişili və Soltan Məmmədov Avronest PA-nın fevralın 21-22-də keçirilən iclası çərçivəsində İrəvandadırlar.
Qeyd edək ki, deputatların Ermənistana gəlişi narazılıq yaratsa da, bu, komitənin iclaslarında azərbaycanlı deputatların işinə təsir etməyib.
Xuraman Etibarlı,
KONKRET.az
