Ermənistan polisi ötən gün azərbaycanlı deputatların qaldığı otelə soxulmağa cəhd edən 25 nəfərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıb.
KONKRET.az-ın erməni mənbələrinə istinadən məlumatına görə, bu barədə vəkil Benik Qalstyan xəbər verib.
“Qərara əsasən cinayət işi açılıb, adıçəkilən 25 nəfər xuliqanlıq edib”, – deyən hüquq müdafiəçisi saxlanılan şəxslərin öz qanunsuz əməllərinə polis idarəsində davam etdiyini bildirib.
Qeyd edək ki, azərbaycanlı deputatların qaldığı hotelə hücum edənlər Ermənistanın radikal millətçi “Daşnaksütyun” Partiyasının üzvləri olub.
