İrəvanda irimiqyaslı minalanma XƏBƏRİ YAYILDI – Metro dayandırıldı, təxliyə işləri aparılırbackend

İrəvanda irimiqyaslı minalanma XƏBƏRİ YAYILDI - Metro dayandırıldı, təxliyə işləri aparılır

İrəvanda naməlum şəxs irimiqyaslı minalanma  barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, İrəvanda ticarət mərkəzində baş verən bugünkü partlayışdan sonra Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə növbəti dəfə metronun bütün stansiyalarında, meriya binasında, mühüm hərbi və mülki obyektlərdə, bütün ticarət mərkəzlərində, zooparkda, Baqramyan 19 ünvanında, Müqəddəs Qriqori kilsəsində partlayıcı qurğuların olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Mülki müdafiə qüvvələrinin kollektiv mərkəzinin kinoloji-xilasetmə dəstələri və mühəndis-xilasetmə dəstələri hadisə yerinə yola düşüb.

Əhalinin təhlükəsizliyi üçün təxliyə işləri aparılır.

Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb. Bu barədə İrəvan Metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl bildirilib ki, avqustun 14-də saat 17:10-da Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvan metrosunun stansiyalarında partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*