İrəvanda ölən hərbçilərin valideynləri  ETİRAZ AKSİYASI KEÇİRİRbackend

İrəvanda ölən hərbçilərin valideynləri ETİRAZ AKSİYASI KEÇİRİR

Ölən əsgərlərin valideynləri Ermənistan İstintaq Komitəsinin yaxınlığında etiraz aksiyası keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Yanvarın 20-də 44 günlük müharibə zamanı həlak olan hərbçilərin valideynləri Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında etiraz aksiyası keçirirlər.

Onlar sentyabrın 21-də Yerablur hərbi panteonunda baş vermiş insidentlə bağlı istintaqın çox ləng getməsindən, qarşıdurmaların dayandırılmasından şikayətlənirlər.

“Biz başa düşmək istəyirik ki, İstintaq Komitəsi kimin sifarişini yerinə yetirir, bəlkə rəisin (Paşinyan nəzərdə tutulur-red.) və ya onun balalarından birinin əmridir?

İlk növbədə polislər, sonra əmri verən, nəhayət, bir nömrə cəzalandırılmalıdır. Biz əminik ki, polis özbaşınalıq etməyib. Qarşıdurma zamanı polis əməkdaşları müxtəlif adlar çəkiblər. İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanın bu prosesi dayandırmaq üçün göstəriş alması şübhə doğurur. Polis bunun səhv olduğunu deyir”, – deyə valideynlər bildirib.

Xatırladaq ki, 2022-ci il sentyabrın 21-də Yerablurda ölən hərbçilərin valideynlərinə polis tərəfindən zorakılıq edilib. Cinayət işi başlansa da, indiyədək heç kim məsuliyyətə cəlb edilməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*