İrəvandakı partlayışda 20 nəfər yaxınlarını tapa bilmir.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin rəhbəri Armen Pambuxçyan deyib. “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışdan sonra 20 vətəndaş yaxınlarını tapa bilmədiyini bildirib.
Pambuxçyan qeyd edib ki, axtarış işləri davam edir və yəqin ki, bütün gecəni davam etdirəcək. Ərazidə işıqlandırma işləri aparılır. Nazir qeyd edib ki, dağıntılar altında insanların ola biləcəyi ehtimal edilir, bir müddət əvvəl xilasedicilər bir qadının cəsədini çıxarıblar.
Xatırladaq ki, bu gün saat 13:23-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə “Surmalu” Ticarət Mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Xuraman Etibarlı,
KONKRET.az
