İrina Vereşukdan Qırmızı Xaça MÜRACİƏT: “Minlərlə rus əsgərinin cəsədini çıxarın!”backend

İrina Vereşukdan Qırmızı Xaça MÜRACİƏT: "Minlərlə rus əsgərinin cəsədini çıxarın!"

Ukraynanın baş nazirinin müavini İrina Vereşuk Qırmızı Xaç Cəmiyyətinə Ukrayna ərazisində həlak olan rus əsgərlərinin cəsədlərinin Rusiya Federasiyasına verilməsi xahişi ilə müraciət edib,

KONKRET.az xəbər verir ki, bu barədə TSN regional nəşri xəbər yayıb.

Müraciətdə deyilir:

“Biz Beynəlxalq Qızıl Xaça müraciət edirik. Xahiş edirik, rus əsgərlərinin cəsədlərinin Rusiya Federasiyasına daşınmasına köməklik göstərəsiniz. Bu humanitar ehtiyacdır və biz tələb edirik ki, rusların cəsədləri Ukrayna ərazisindən Rusiya Federasiyasına aparılsın.

Rusiya Federasiyası bilməlidir ki, bu cəsədlərin neçəsi və onların nə qədər əsgəri bu gün Ukrayna torpaqlarındadır. Qırmızı Xaç, bu humanitar problemi həll etmək üçün əlinizdən gələni edin. Bir daha ruslara müraciət edirik:

“Çalışın ki, oğullarınızın, ərlərinizin cəsədlərinin sayı az olsun. Əks halda, bu say minlərlə, on minlərlə olacaq. Bir daha bildirirəm ki, qələbə bizim olacaq. Ukraynaya eşq olsun!” .

Xatırladaq ki, fevralın 26-da səhər saatlarına olan məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ölkədə azı 3500 rus əsgəri həlak olub və onların sayı durmadan artır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • yusif
    Fevral 26, 2022 - 21:09

    bədbəxt rus gəncləri – paranoyya qurbanları….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*