İş adamı evinin qarşısında güllələnərək ÖLDÜRÜLDÜbackend

İş adamı evinin qarşısında güllələnərək ÖLDÜRÜLDÜ

Antalyanın Serik rayonunda iş adamı evinin qarşısında güllələnib.

KONKRET.az xəbər verir ki, silahlı basqın nəticəsində yaralanan iş adamı Gülhan K. xəstəxanada dünyasını dəyişib.

Hadisə Serik rayonu Gedik məhəlləsində baş verib. Evinin qarşısında əyləşən Gülhan K.-ya avtomobillə gələn şəxs tərəfindən 9 dəfə atəş açılıb.

Hadisə yerindən qaçan təcavüzkar YK Belkıs rayonunda saxlanılıb.

İşin istintaqı davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*