İş adamı Nikolayevin atəşə tutulması zamanı həlak oldubackend

İş adamı Nikolayevin atəşə tutulması zamanı həlak oldu

Ukrayna Qəhrəmanı və iş adamı Aleksey Vadaturski Nikolayev şəhərinin atəşə tutulması zamanı həlak olub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə eyniadlı vilayətin administrasiyası bildirib.

Məlumatı yerli “Novosti-N” nəşri də təsdiqləyib.

Qeyd edilir ki, o, ölkənin ən böyük taxıl ticarəti şirkəti olan “Nibulon”un sahibidir. Eyni zamanda, Aleksey Vadaturski ilə birlikdə onun həyat yoldaşı da ölüb.

Ukrayna Qəhrəmanı, “Nibulon” kənd təsərrüfatı müəssisəsinin baş direktoru Aleksey Vadaturski 2005-ci ilin fevralından Ukrayna Taxıl Assosiasiyasının vitse-prezidenti idi.

2021-ci ildə “Forbes” iş adamının sərvətini 430 milyon ABŞ dolları qiymətləndirib, Vadaturski Ukraynanın 100 ən zəngin adamının siyahısında 24-cü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*