backend

İş adamı Prezidentə ÜZ TUTDU: "Bu ağır günlərdə..."

Rüstəm Əbülfətoğlu

Bu ağır günlərdə ölkə sahibkarlarına, biznes strukturlarına göstərilən diqqət və qayğıya, çoxşaxəli sosial-iqtisadi dəstəyə görə təmsil etdiyim TURİZM SƏNAYESİ adından cənab PREZİDENT İLHAM ƏLİYEVƏ öz dərin minnətdarliğimi bildirirəm.

Qlobal pandemiya eyni zamanda həm də ölkələrin və hökumətlərin etimad və etibarlılıq indikatoru rolunu oynayır. Bu böhran Azərbaycan vətəndaşlarının, bütövlükdə əhali və biznesin müdafiəsi, siyasi, sosial-iqtisadi dayanıqlıq, təhlükəsizlik münasibətlərində bir daha dövlətimizin etibarlı və güvənli əllərdə olduğunu təsdiqlədi.

Ölkə prezidenti və birinci vitse-prezidentin daim xalqla bir yerdə olması, baş nazirin, xüsusi operativ qərargahın, hökümətin digər üzvlərinin, bütövlükdə güc strukturları və səhiyyə sisteminin gecə-gündüz xalqın sağlamlığının keşiyində durması, mərkəzi hakimiyyət qurumlarının tapşırıqları son dərəcə çevik və yüksək səviyyədə icrası həm də Azərbaycan iqtidarının milli maraqlara söykənən uğurlu siyasətinin təzahürüdür. Xalq-iqtidar birliyini dərinləşdirən də elə bu siyasətə olan yüksək içtimai etimad və xalqin inamidir.

Bir daha minnətdarlığımı bildirirəm cənab PREZİDENT!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*