“İşçilərin maaşını vermək üçün 3 maşınımı satmışam” – Emindən ŞOK AÇIQLAMAbackend

“İşçilərin maaşını vermək üçün 3 maşınımı satmışam” - Emindən ŞOK AÇIQLAMA

Xalq artisti, Rusiyanın “Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti, məşhur müğənni Emin Ağalarov qarşılaşdığı iqtisadi problemlərdən bəhs edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamı holdiqin 15 min işçisinə maaş vermək üçün maşınlarını satıb:

“İşçilərin maaşlarını vermək üçün şəxsi qarajımdan 3 avtomobil satmışam. Amma sonuncu maşınlarımı da satsam, bu işçilərin məvacibinin heç 10%-i etməyəcək”.

Emin Ağalarov pandemiya şəraitində “Crocus Group”a məxsus ticarət mərkəzlərinin əksəriyyətində icarədarlara güzəştə getdiklərini, holdinqin işçiləri arasında da maaşların azalmasına baxmayaraq, ixtisarlardan yayına bildiklərini əlavə edib.

O, şirkətin konset zallarının, kafe və restoranlarının bağlı olduğunu, sərgi zalının isə koronviruslu xəstələr üçün ayrıdlığını əlavə edib. Ağalarov dövlətin sərgi zalında xəstələrin yerləşməsi üçün Crocus Gropu-a 1 milyard rubl vəsait ödəməsinə rəğmən, bunun onlara qazanc gətirmədiyin vurğulayıb.

“Biz gəlirlərimizin 90%-ni itirsək də, xərclərimiz azalmayıb. Hər ay, hər gün ziyaha işləyirik. Hətta, bütün obyektlər açılsa da, bizim icarədarlar ilk vaxtlar bizə ödəniş edə bilməyəcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*