İşə qəbul zamanı gənclərdən təcrübə tələb olunması doğrudurmu? – AÇIQLAMAbackend

İşə qəbul zamanı gənclərdən təcrübə tələb olunması doğrudurmu? - AÇIQLAMA

“Təhsilini başa vurmuş gənclərdən işə qəbul zamanı təcrübə tələb olunması onlara ciddi problemlər yaradır. Gənclərin əksəriyyəti ali təhsili bitirdikdən sonra kifayət qədər iş təcrübəsinə malik olmadıqlarına görə iş tapmaqda çətinlik çəkirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib

O, tələbələrin təcrübəni harada toplaması barədə fikirlərini bölüşüb: 

“Universitetlərin 3-4-cü kurslarında keçilən istehsalat təcrübələri (praktika) gənclərin ilk təcrübə yığma mərhələsi olaraq çox önəmlidir. Ancaq bu təcrübələr çox zaman işəgötürənlər tərəfindən rəsmi iş təcrübəsi kimi qəbul edilmir və nəzərə alınmır. Bu praktika dövrlərinin təcrübə kimi rəsmi qeydə alınması və sertifikatlaşdırılması gənclərin əmək bazarına daha asan inteqrasiya olmasını təmin edə bilər. Yəni istehsalat təcrübəsində (praktikada) olanda tələbələr ilə rəsmi ƏMAS sistemində müqavilə imzalanmalı və rəsmi qeydiyyat həyata keçirilməlidir. Təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq artırılmalı, praktika proqramları təcrübənin keyfiyyətini yüksəltməli və bu dövrlər rəsmi iş təcrübəsi kimi tanınmalıdır. Bu addım, həm gənclərin iş axtarışında qarşılaşdıqları təcrübə tələblərini qarşılamağa, həm də işəgötürənlərə gələcəyin peşəkarlarını formalaşdırmağa kömək edəcəkdir. Gənclərə təcrübə qazanmaq üçün daha çox imkan yaratmaqla, onların inkişafına və gələcək karyeralarına dəstək göstərməliyik”.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*