İşğal PLANINI ilahiləşdirmək HİYLƏSİ – VİDEObackend

İşğal PLANINI ilahiləşdirmək HİYLƏSİ - VİDEO

Rusiya Ukraynadakı işğalçılıq aktlarına hər cür haqq qazandırmağa, don geyindirməyə çalışır. Gah rusların səlib yürüşünü başlatdığı, gah Qərblə tək mübarizə apardığı “ivanuşka” nağılları uydurur.

KONKRET.az xəbər verir ki, ruslar bu dəfə Donbasdakı qondarma rejimin keçmiş üzvü olan İqor Strelkovun 2018-ci il müsahibəsini “peyğəmbərlik” kimi gündəmə çevirib. Çünki həmin intervüdə Strelkov 6 aydan sonra savaşın başlayacağını qeyd edib.

Rusların buna falçılıq yox, peyğəmbərlik deməsinin səbəbi isə odur ki, guya məlumatı Strelkova rus kahinlər çatdırıblar:

“6 aydan sonra Kiyevin zəbti ilə Ukrayna, Rusiya və Belarusun birləşdirilməsi başlayacaq”.

Ona qalsa, Putin dünənki çıxışında nüvə hücumlarına eyham vurub:

“Ukraynadakı bəzi nöqtələrə dəqiq raket zərbəsi endirməyin vaxtı çatıb. Biz özümüz həmin hədəfləri vurmurduq, amma artıq ukraynalılardan əhali və Krım körpüsünün qisasını almaq lazımdır”.

Bəli, rusların səsləndirdiyi yalanlar lətifə kimi gülməliləşib. Bəzi nöqtələrin hədəf alınması Qərbə yönəlmiş xəbərdarlıq, əslində yalvarışdır ki, Rusiya taqətdən düşüb, savaşı dayandırın. Bunun üçün danışıqlara başlamaq lazımdır. Amerikanın dünənki bəyanatında isə Zelenskinin hələ Putin hökuməti ilə danışıqlara hazır olmadığı yer alıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*