İŞİD liderlərindən biri ÖLDÜRÜLDÜbackend

İŞİD liderlərindən biri ÖLDÜRÜLDÜ

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 3-də Suriyada İŞİD-ə zərbə endirib.

KONKRET.az xəbər verir ki, Mərkəzi Komandanlığın məlumatına görə, zərbə nəticəsində terror qruplaşmasının ali liderlərindən olan Xalid Ayd Əhməd əl-Caburi öldürülüb.

Məlumatda bildirilib ki, əl-Caburi Avropada terror hücumları planlaşdırılmasına görə məsuliyyət daşıyıb.

Vurğulanıb ki, onun öldürülməsi terror təşkilatının xarici hücumlar təşkil etmək qabiliyyətini müvəqqəti zədələyəcək.

“CENTCOM-un tərəfdaş qüvvələrlə birlikdə İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları davam edir. CENTCOM İŞİD təhlükəsinin məğlub edilməsinə sadiqdir”, – deyə mərkəzin tvitində bildirilib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*