“İskəndər” raketlərinin tədqiqat bazasında GÜCLÜ YANĞIN – VİDEOLARbackend

İskəndər” raketlərinin tədqiqat bazasında GÜCLÜ YANĞIN - VİDEOLAR

“İskəndər” raketlərinin tədqiqat bazası yanıb.

KONKRET.az xəbər verir ki, bu gün Tverdə Rusiya Kosmik Müdafiə Qoşunlarının Elmi Tədqiqat İnstitutu yanıb. 6 nəfər ölüb, 27 nəfərin yaralandığı və itkin düşdüyü bildirilir.

İnstitut Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi və aerokosmik müdafiə üçün silah nəzəriyyələrini hazırlayır. 2004-cü ildən MDB ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin tədqiqat bazasına çevrilib. İnstitutun əsas inkişafları “İskəndər” raket sistemi, Su-27 və Tu-160 təyyarələrinin gizli sistemləridir.

Aerokosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutuna (NII VKO) yanğın nəticəsində xeyli maddi ziyan dəyib.

Açıq yanma aradan qaldırılıb, yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*