İslandiyada vulkan püskürüb – Kənd boşaldıldı, aeroport işini dayandırdıbackend

İslandiyada vulkan püskürüb - Kənd boşaldıldı, aeroport işini dayandırdı

İslandiyada növbəti vulkan püskürməsi baş verib.

Faqradalsfayadl vulkanının püskürməsinə şahidlik edənlər onu “Cəhənnəm portalı” adlandırıblar.

Vulkanın yerli sakinlərə problem yaratması ilk hal deyil. Bu ilin yanvarında Faqradalsfayadlın fəallaşması bütün şəhərin boşaldılması zərurətinə səbəb olub. Yoluna çıxan hər şeyi məhv edən lava axınları Qrindavik balıqçı kəndinin küçələrinə qədər gəlib çıxıb.

Yeni püskürmə 2021-ci ildən bəri altıncı, iki ayda isə üçüncüdür. Lava axını bir neçə evi basıb. Fövqəladə vəziyyət elan edilib. Təcili yardım xidmətləri insanları yenidən təxliyə edib. Lava axını dayandırmaq üçün xüsusi maneələrin tikintisinə başlanıb.

Vulkan Reykjanes yarımadasında, İslandiyanın paytaxtı Reykyavikdən 35 km məsafədə yerləşir. Daha bir püskürmənin aviasiya üçün problemlər yaratdığı bildirilir. Yeganə beynəlxalq hava limanı Keflavik bağlanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*