İsmayıllıda ata-oğul həmkəndlisi ilə dava etdi: yaralılar varbackend

İsmayıllıda ata-oğul həmkəndlisi ilə dava etdi: yaralılar var

İsmayıllı rayonunda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə Uştal kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Qurbanov və oğlu, 1994-cü il təvəllüdlü Hicran Qurbanovla həmkəndliləri – 1986-cı il təvəllüdlü Raqib Qasımov arasında torpaq üstündə mübahisə yaranıb. Daha sonra onlar dava edib və bir-birilərinə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Report-a verilən məlumata görə, rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*