İsmayıllıda yol qəzasında xəsarət alan gənclərdən biri ölüb – VİDEObackend

İsmayıllıda yol qəzasında xəsarət alan gənclərdən biri ölüb - VİDEO

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ-ın məlumatına görə, “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı yolunun rayonun Quşencə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Priora” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan biri – rayonun Kürdmaşı kənd sakini, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri aldığı üçün həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Digər yaralı Tərlan Məcidovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*