İspaniya ictimai nəqliyyatında maraqlı YENİLİK: Xüsusi oturacaqlar quraşdırılıbbackend

İspaniya ictimai nəqliyyatında maraqlı YENİLİK: Xüsusi oturacaqlar quraşdırılıb

İspaniyanın paytaxtı Madriddəki metro və şəhər avtobuslarında yaşlı insanlarla söhbət etmək istəyənlər üçün xüsusi oturacaqlar quraşdırılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüs ünsiyyət çatışmazlığından əziyyət çəkən tənha yaşlı insanlara kömək etmək üçün nəzərdə tutulub.

“Söhbət” oturacağı xüsusi bənövşəyi stikerlə tanınır.

Stikerdəki yazı insanları yaşlıların yanında oturmağa və onları dinləməyə dəvət edir.

Məlumata görə, İspaniyada yaşı 80-dən yuxarı olan 850 mindən çox insan tənhalıqdan və bununla bağlı psixi sağlamlıq problemlərindən əziyyət çəkir.

Ümumilikdə, Avropada pandemiya səbəbindən özünü tənha hiss edən insanların sayı iki dəfə artıb və Avropa İttifaqı bu problemi həll etməyə çalışır.

Bundan başqa, Avropa ölkələrində tənhalara kömək üçün müxtəlif layihələr həyata keçirilir. Məsələn, Niderland supermarketlərində söhbət etmək istəyənlər üçün xüsusi kassalar var. Orada kassirlər uzun müddət dialoq aparmağa hazırdırlar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*