NATO baş katibi ŞOK ETDİ: “Gecələr Rusiyaya görə yata bilmirəm”backend

NATO baş katibi ŞOK ETDİ: "Gecələr Rusiyaya görə yata bilmirəm"

NATO-nun baş katibi Mark Rutte Rusiyanı alyans üçün uzunmüddətli perspektivdə əsas təhlükə hesab etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Anadolu Agentliyinə müsahibəsində danışıb.

Rutte qeyd edib ki, onu gecələr ən çox narahat edən məsələ Rusiyadır.

“Adətən gecələr yatmağa çalışıram. Amma məni yuxusuz qoyan əsas məsələ Rusiyadır. Çin də hərbi potensialını sürətlə artırır və gözlənilir ki, 2030-cu ilə qədər 1000 nüvə başlığına sahib olacaq. Buna görə Çin məsələsində də sadəlövh olmamalıyıq. Lakin uzunmüddətli perspektivdə qarşılaşdığımız əsas təhlükə Rusiyadır”, — deyə o, bildirib.

NATO baş katibi əlavə edib ki, alyansın əsas prioritetlərindən biri Ukraynaya dəstəyin davam etdirilməsidir.

Ankara sammitindən gözləntilərinə toxunan Rutte bildirib ki, sammitin sonunda qəbul edilən qərarların Haaqada götürülən öhdəliklərin icrasını təmin etməsi vacibdir. Bu öhdəliklər müdafiə xərclərinin artırılması və hərbi-sənaye kompleksinin gücləndirilməsi ilə bağlıdır.

Onun sözlərinə görə, NATO ölkələri bu istiqamətdə müəyyən irəliləyiş əldə edib.

“Bir neçə uğurlu nümunə var və ümumilikdə müsbət irəliləyiş müşahidə olunur. Ən vacib prioritetlərimizdən biri müdafiə sənayesində istehsal həcminin artırılmasıdır. Ankara sammitinin ilk günündə keçiriləcək Müdafiə Sənayesi Forumunda əsas diqqət məhz bu məsələyə yönələcək”, — deyə Rutte vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*