RT telekanalının rəhbəri Marqarita Simonyan bildirib ki, o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla birlikdə Çində gecə saatlarında qızardılmış çəyirtkə axtarmağa çıxıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə Çin portalı olan “Guança”ya verdiyi müsahibədə danışıb.
Simonyanın sözlərinə görə, hadisə təxminən 12 il əvvəl Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri zamanı baş verib.
“Bütün rəsmi tədbirlər artıq başa çatmışdı. Səhər isə uçmalı idik. Mən və Dmitri Peskov gecə qızardılmış çəyirtkə axtarmağa çıxdıq. Nəhayət, sadə bir məhəllədə yerləşən kiçik kafelərdən birində onu tapdıq,” — deyə Simonyan xatırlayıb.
O, əlavə edib ki, onlara böyük bir boşqab qızardılmış çəyirtkə təqdim olunub və hamısını yeyiblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
