İspaniyanın Valensiya şəhəri güclü meşə yanğınları ilə mübarizəni davam etdirir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə yaşayış məntəqəsindən 1500 nəfər təxliyə edilib.
Yerli medianın məlumatına görə, yanğın 4 hektar ərazini əhatə edib. Yanğının söndürülməsinə helikopterlər də cəlb edilib. Buna baxmayaraq, güclü külək yanğının qarşısını almağa mane olur.
Qeyd edək ki, Valensiyada havanın quraq keçməsi səbəbindən martın 23-ü meşə yanğınları başlayıb.
Qafqazinfo