İsrail İran əleyhinə ərəb koalisiyası YARADIRbackend

İsrail İran əleyhinə ərəb koalisiyası YARADIR

İsrail İranın bölgədəki təsirini zəiflətmək məqsədi ilə ərəb ölkələrindən ibarət koalisiya yaratmaq niyyətindədir.

KONKRET.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennett verdiyi müsahibədə deyib.

Baş nazirin sözlərinə görə, o, avqustun 26-da Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşdə bu mövzuya dair yeni strateji baxışlarını təqdim edəcək.

Naftali Bennett bildirib ki, onların məqsədi İsraillə birlikdə İranın ekspansiyasına cavab vermək iqtidarında olan və bu ekspansiyanı bloklayacaq ərəb ölkələrindən ibarət rasional koalisiyanı yaratmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*