“İran və İsrail münasibətlərində uzun müddətdir gərginlik hökm sürür. Bu gərginlikdə İranın Yaxın Şərqdə dəstəklədiyi qrupların İsrail və ABŞ tərəfindən zərərsizləşdirilməsindən sonra Tehrana qarşı təzyiqlər daha da artıb. Bunun ən açıq təzahürləri isə hərbi ritorikanın işə salınmasıdır”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Buna baxmayaraq, hazırda ABŞ və İran arasında danışıqlar aparılır, lakin hələ konkret nəticələr müşahidə olunmayıb. Diplomatik danışıqlar qarşıdurma riskini azalda bilər, lakin fərqli baxışlar bu danışıqların irəliləməsinə mane olur. Gərginliyi artıran digər amillərdən biri də ABŞ-ın regiondakı strateji mövqeyi və hərbi fəaliyyətləridir. İran tərəfi də öz növbəsində hərbi siqnallar göndərir, məsələn, Hörmüz boğazının bağlanması və hərbi təlimlərin keçirilməsi buna nümunədir”.
E.Səftərov qeyd edir ki, eyni zamanda, ABŞ-ın sərt cavab tədbirləri və İsrailin mövqelərini sərtləşdirməsi vəziyyəti daha da mürəkkəbləşdirir.
“İran-ABŞ danışıqlarında əsas məqsəd nüvə proqramı və regiondakı hərbi infrastruktur məsələlərini tənzimləməkdir. Ümumilikdə isə bu danışıqların uğuru diplomatik razılaşmalardan asılıdır.
ABŞ da anlayır ki, İran böyük dövlət olduğu üçün qarşıdurmanın uzunmüddətli olması region ölkələrinə və əhaliyə təsir göstərə, regional sabitliyə və iqtisadi inkişafa zərər verə bilər. ABŞ-ın maraqları qismən regiondakı strateji mövqeyə və enerji layihələrinə bağlıdır. Buna görə də ABŞ uzunmüddətli münaqişədə maraqlı sayılmır.
Qısamüddətli hədəflər konkret şəxslərin və qrupların zərərsizləşdirilməsinə yönəlir, lakin hər iki tərəfin reaksiyaları və addımları gələcək gərginliyin xarakterini müəyyən edəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az

IRAN BOMBALANSIN. CENUBI AZERBAYCANA AZADLIQ GELSIN. AMIN. INSALLAH.