“Space” TV-nin yeni baş direktoru o təyin edildibackend

"Space" TV-nin yeni baş direktoru o təyin edildi

“Space” televiziyasına yeni baş direktor təyin edilib.

KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, “Space” televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.  Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl  sosial şəbəkələrdə “Space” televiziyasının bağlanacağı ilə bağlı xəbərlər yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*